Mobil versiya
Yay gecikir – kənd təsərrüfatına dəyən ziyan
Tarix: 21-06-2017 | Saat: 15:25
Bölmə:Gündəm | çapa göndər

Yay gecikir – kənd təsərrüfatına dəyən ziyan


İyun girəndən həm bölgələrdə, həm də paytaxtda sərin hava müşahidə olunur. Yağış, dolu, küləklə birgə müşayiət olunan havaların bu cür keçməsi insanların səhhətinə də mənfi təsir edir.

Maraqlıdır, iyunda bu cür hava şəraitinin olması nə ilə bağlıdır?

Sonuncu dəfə nə vaxt iyun ayı üçün belə hava xarakterik olub?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, bu cür hava şəraiti iyun ayı üçün xarakterik deyil.

“Lakin yay sabahdan başlayır. Yəni bu gün Günəş şimalda ən uzaq məsafədə olacaq. İlkin proqnozlara görə, bir neçə gün ərzində havalar belə davam edəcək. Həmçinin, bu il yay əvvəlki illərə nisbətən gecikir. Təkcə bizim ərazidən söhbət getmir. Bu, bütün Şərqi və Qərbi Avropa ərazisində Arktik hava kütlələrinin daha çox hakim olmasının nəticəsidir. Dünyada da bu proses gedir. İqlimdə müəyyən dəyişikliklər nəzərə çarpır. Bir müddət əvvəl də bu dəyişikliklərin təqribən 40-60 dərəcə enliklər arasında özünü büruzə verəcəyini demişdik. Daha çox tropik hava kütlələri hakim olmalı idi. Amma belə olmadı”.

Məhərrəm Həsənov sonuncu dəfə bu cür hava kütlələrini xatırlaya bilmədiyini deyir.

“Çox az hallarda iyunda belə hava kütləsinə rast gəlinib. Düzü, bunu bir alim olaraq deyə bilmirəm. Çünki iyun ayında belə hava şəraitini xatırlaya bilmirəm. İyunda Bakı üçün belə hava münasib deyil. Çünki çimərlik mövsümünə başlamaq olmur. Həm də insanların sağlamlığına müəyyən dərəcədə mənfi təsir göstərir.

Rayonlarımız üçün də iyunda belə hava şəraiti çox zərərlidir. Çünki taxıl yetişən dövrdür. Əgər taxıl yetişən dövrdə külək əsirsə, yağış yağırsa taxılda yatma prosesi deyilən bir proses baş verir.

Sünbüllər yerə yatır. Məhsullar ən azı 30-40% itirilir. İkincisi, bəzi meyvələr var ki, artıq yetişib. Bu cür hava şəraiti onların toplanma mərhələsini çətinləşdirir. Ərik, şaftalı kimi meyvələrin tam yetişmədə müəyyən zədə almasına gətirib çıxarır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024