Mobil versiya
“Azəravtoyol” yolların ödənişi üçün Tarif Şurasına müraciət etdi
Tarix: 21-06-2017 | Saat: 15:16
Bölmə:Gündəm | çapa göndər

“Azəravtoyol” yolların ödənişi üçün Tarif Şurasına müraciət etdi



Azərbaycanda daha bir neçə yol ödənişli ola bilər. Bu barədə Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətnin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi deyib ki, Bakı-Quba, həmçinin Şamaxı-Quba istiqamətində ödənişli yollar çəkilə bilər:
“Müəyyən yollar var ki, orada ödəniş tətbiq etmək mümkündür. Amma ilkin olaraq Bakı-Ələt-Astara-İran sərhədi yolunun ödənişli olması nəzərdə tutulub. Qəbul olunarsa, bizdə də ödənişli yolların praktikası öyrəniləcək. Çünki hələlik Azərbaycanda ödənişli yol yoxdur. Əgər reallaşarsa, beynəlxalq təcrübə nəzərə alınacaq. Hazırda hətta ödənişli yolda sürət limiti barədə məlumat belə, yoxdur.

Qanunda maksimal sürət 110 km/saat-dır. Amma bu, ödənişli yollarda tamam fərqlidir. Orada minimal sürət müəyyən olunur. Çünki avtomobil yaşayış məntəqələrindən keçmir və daha sürətli olmaqla, sürücülərin mənzil başına tez çatmasını təmin edilir. Əgər Bakı-Ələt-Astara-İran sərhədi yolunun ödənişli olması reallaşarsa, digər yollarda da tətbiqi mümkün olacaq. Ödənişli yol istifadəyə verilən zaman mütləq alternativ yol olmalıdır və asfalt örtüyü keyfiyyət baxımından geri qalmamalıdır. Bu, vətəndaşa seçim imkanı verir ki, ödənişli yolla getsin, yoxsa ödənişsiz”.

A.Nəcəfli qeyd edib ki, yollardan istifadə üçün qiyməti Tarif Şurası müəyyən edəcək:
“Artıq yolun pullu olması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Qiymətlər müəyyən olunan zaman yük maşını ilə minik maşının ödənişi fərqlənəcək. Çünki minik maşını yük maşını qədər ödəniş etməli deyil”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024