Mobil versiya
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının X konfransı keçirilib
Tarix: 10-06-2017 | Saat: 10:13
Bölmə:Gündəm / Seçilənlər-2 / Manşet | çapa göndər





7 iyun 2017-ci il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəəsbəsində Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının X konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstünü ziyarət edərək, önünə tər gül dəstələri düzmüş, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli açıq elan etdikdən sonra, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda təşkilatın ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilmiş, banisi Ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının zamanın çətin sınaqlarından şərəflə çıxaraq, böyük siyasi qüvvəyə çevrilməsi xüsusilə qeyd edilmiş, rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs olunmuş, qarşıda duran vəzifələrdən danışılmışdır. Eyni zamanda bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatı hazırda özündə 31 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Hesabat dövründə rayon üzrə partiya üzvlərinin sayı 927 nəfər artaraq 3552 nəfərə çatmışdır.
Məruzə ətrafında çıxış edənlər bildirmişlər ki, bu gün partiyanın nüfuzu daha da yüksəlmişdir. Ona görə ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərlik edir.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov , Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Kərim Kərimov, millət vəkili Mahir Abbaszadə partiyanın həyata keçirdiyi siyasətdən və qarşıda duran mühüm vəzifələrdən geniş söhbət açıblar.

Konfrans Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının tərkibi 31 nəfərdən ibarət Şurasını, 15 nəfərdən ibarət İdarə Heyətini və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunu müəyyən etmişdir. Daha sonra təşkilati məsələlərə baxılmış, İlqar Süleyman oğlu İlyasov Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri seçilib.

Konfransda Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin məsul işçisi Araz Xudadanov iştirak ediblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024