Mobil versiya
Bakıda 6 "Ford" sərnişindaşımadan kənarlaşdırıldı - REYD
Tarix: 05-06-2017 | Saat: 18:02
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bakıda 6 "Ford" sərnişindaşımadan kənarlaşdırıldı - REYD



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyilə birgə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb.

Bu haqda qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib ki, yoxlama zamanı bir sıra marşrutlarda bəzi avtobusların standartlara uyğun olmadığı halda sərnişin daşıdığı məlum olub:

"Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və digər bu kimi faktlar aşkarlanıb. Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və digər bu kimi faktlar aşkarlanıb.

Təkcə mayın 31-də qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan 6 "QazEL- Ford" xətdən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.
Yol polisi sərnişindaşımada həm nizam-intizamın yaradılması, həm də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsilə bağlı tədbirlərin keçirilməsi zərurəti var.
Bununla əlaqədar olaraq yol polisi aidiyyatı üzrə Bakı Nəqliyyat Agentliyi ilə birgə tədbilər keçirir. Məqsədimiz belə nöqsanları vaxtında aşkar edib aradan qaldırmaqdır. Vaxtaşırı nəzarət edilir, əməkdaşlarımız belə nəqliyyat vasitələrini saxlayır, yoxlayır və aidiyyatı tədbirlər həyata keçirir”.
V.Əsədov deyib ki, reydlər sərnişindaşımada tam nizam-intizam yaranana qədər davam edəcək:

"Təbii ki, görülən tədbirlər nəticəsində nizam-intizam yaranıb, hadisələrin sayı azalıb. Amma mövcud vəziyyət deməyə əsas verir ki, biz müsbət nəticələr əldə etmək üçün hər istiqamət üzrə fəaliyyətimizi gücləndirməliyik”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024