Mobil versiya
Vitse-spiker deputatın çıxışına etiraz etdi
Tarix: 31-05-2017 | Saat: 16:08
Bölmə:Gündəm | çapa göndər

Vitse-spiker deputatın çıxışına etiraz etdi



“Bəzi hakimlər mülkü işlərdə məhkəmə proseslərini hərraca çevirirlər. Sonra da udan tərəfdən böyük məbləğdə pullar alırlar”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihənin müzakirə zamanı deyib.

Millət vəkili qeyd edib ki, belə hakimləri 5-8 min manat cərimə etsələr, nə təsiri olacaq?!

Vitse-spiker Ziyafət Əsgərov deputatın bu çıxışına etirazını bildirib, Deyib ki, bu cür yanaşma doğru deyil: “Qanunsuzluq edən hakimlər vəzifəsindən kənarlaşdırılır. Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024