Gözəl Bayramlının mənzillərində axtarış aparıldı
Tarix: 30-05-2017, 16:37 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Gözəl Bayramlının mənzillərində axtarış aparıldı



Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə,1962-ci il təvəllüdlü Bakı şəhər sakini Bayramlı Gözəl Oruc qızı 25 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən külli miqdar təşkil edən 12 min ABŞ dolları məbləğində nağd pul vəsaitini bəyan etməyərək, əl yükünün içərisində gizlədilmiş halda keçirdikdən sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə təbdiri nəticəsində saxlanılıb.

“Sınıq Körpü” gömrük postunda yerləşən rentgen qurğusunda G.Bayramlıya məxsus sellofan paketə baxılarkən monitorda şübhəli predmet görüntüsü aşkar edilmiş, bu səbəbdən ona üzərində və əl yüklərində gömrük nəzarətinə mütləq bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş malların könüllü olaraq təqdim olunması təklif edilmiş, G.Bayramlı isə üzərində və əl yüklərində bəyan edilməli olan hər hansı bir malın olmadığını bildirib.

Bundan sonra, G.Bayramlıya məxsus əl yüklərinə baxış keçirilmiş və əl yükündəki sellofan torbanın içərisindən ümumilikdə 12 min ABŞ dolları məbləğində pul aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

G.Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərində axtarış aparılmış və mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.

İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilmişdir ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər etmiş, lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AİA.azшаблоны для dle 11.2



5265 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
15-09-2018, 13:45 XİN bəyanat yaydı

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}