Mobil versiya
ABŞ terrorçulara 100 TIR silah verdi - Video
Tarix: 24-05-2017 | Saat: 11:47
Bölmə:Gündəm / Manşet | çapa göndər

ABŞ terrorçulara 100 TIR silah verdi - Video



ABŞ Türkiyəyə satmaqdan imtina etdiyi silah və hərbi avadanlığı PKK-nın Suriyadakı qollarına verib.

AİA.az "Haber7”yə istinadən xəbər verir ki, ABŞ-ın 100 TIR ağır silahı mayın 15-i və 20-si tarixlərində İraq-Suriya sərhədindən keçirilərək terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD”-yə təhvil verilib.

Silahların arasında 80 və 120 mm-lik minaatan, "MK19” bombaatan, "M4” "Gabrine” və "M16” tipli avtomat silahlar, "Humwee” hərbi avtomobili, "Cougar” tipli Piyadaların Zirehli Maşınlar və ABŞ-ın Türkiyəyə satmadığı tankəleyhinə "FGM148 Javelin” raket qurğusu da var.

Rəsmi Vaşinqton həmin silahların terrorçu İŞİD qruplaşmasının nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə ediləcəyini və əməliyyatlar bitdikdən sonra silahları terrorçulardan geri alacağını iddia edib.

Qeyd edək ki, Amerikanın terrorçulara verdiyi silahlardan Türkiyə Silahlı Qüvvələrində yoxdur.

AİA.az


[media=https://www.youtube.com/watch?v=cs9fEX6hprg]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024