Mobil versiya
İlham Əliyev Abu Dabinin vəliəhdi ilə görüşüb
Tarix: 22-05-2017 | Saat: 11:05
Bölmə:Gündəm / Manşet | çapa göndər

İlham Əliyev Abu Dabinin vəliəhdi ilə görüşüb



Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirilib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və ölkələrimiz arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edildi, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirilib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024