Mobil versiya
Erməni iş adamının telekanalı müflis oldu
Tarix: 19-05-2017 | Saat: 16:44
Bölmə:Gündəm / Karusel | çapa göndər

Erməni iş adamının telekanalı müflis oldu



Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun “News Media” holdinqinə məxsus “Jizn” qəzetinin və “Life” telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, “Life” telekanalının vergi borcundan başqa Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.

Nəşr vurğulayır ki, "News Media"nın baş direktoru Aram Qabrelyanov "Kommersant"ın telefon zənglərinə cavab verməyib. RNS-ə açıqlamasında isə o, Federal Vergi Xidmətinin iddiasını texniki adlandırıb. O, qeyd edib ki, sahibi olduğu holdinq vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş “Unifin” bankına köçürüb.

Qabrelyanovun fikrincə, bankda 600 milyon rubl qalıb ki, bunun da 390 milyon rublu vergilərin ödənilməsinə sərf olunacaq.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024