Mobil versiya
Ərəblər Bakıda ruslardan çox pul xərcləyir
Tarix: 10-05-2017 | Saat: 14:27
Bölmə:Gündəm / Aia TV | çapa göndər

Ərəblər Bakıda ruslardan çox pul xərcləyir


"Mayın əvvəlindən ölkəmizə daha çox Rusiya, Ukrayna və Qazaxıstandan turistlər gəlməyə başlayıb". Bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, MDB ölkələrindən gələn turistlər Bakıda istirahətə üstünlük verirlər.

“Rus turistlər daha çox İçərişəhərdə, Bakının mərkəzində gəzirlər. Onlar bölgələrə o qədər də maraq göstərmirlər. Ruslarla yanaşı, ərəb turistlər də ölkəmizə yenidən axın etməyə başlayıblar. Ruslardan fərqli olaraq onlar Bakı ilə yanaşı, Qəbələ, Quba, Qusar bölgəsində istirahətə üstünlük verirlər”.

N.Bağırov hesab edir ki, ərəb turistlər ruslarla müqayisədə daha çox pul xərcləyirlər.

“Ərəblər dünyada ən çox pul xərcləyən turistlərin siyahısında ilk onluğa düşüb. Məsələn, ərəb 5 ulduzlu oteldə qalırsa, rus turist 4 ulduzlu otelə üstünlük verir. Ərəb turistləri mayın sonuna kimi ölkəmizə gəlməyə davam edəcəklər. Lakin Ramazan ayı ərəfəsində mayın 28-dən iyunun 28-dək ərəb bölgələrindən gələn turistlərin sayı azalacaq. Bu da Orucluqla əlaqədardır. Amma 28 iyundan sonra ərəb turistlərin böyük axını olacaq və bu oktyabra qədər davam edəcək”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024