Mobil versiya
Xankəndidə parad keçirilir - Azərbaycana qarşı növbəti təxribat
Tarix: 09-05-2017 | Saat: 12:06
Bölmə:Gündəm / Karusel | çapa göndər

Xankəndidə parad keçirilir - Azərbaycana qarşı növbəti təxribat



Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında növbəti dəfə təxribat xarakteli addım atıb. AzVision.az xəbər verir ki, hazırda Ermənistan silahlı qüvvələri Xankəndidə hərbi parad keçirməyə hazırlaşır.

Məlumata görə, təşkil olunan paradda müxtəlif növ silahlar nümayiş olunacaq. Paradın keçirilməsində əsas məqsəd Azərbaycanı qıcıqlandırmaq və təxribata çəkməkdir.

Ümumlikdə işğalçıların Azərbaycan torpaqlarında hərbi parad keçirməsini təxribat və danışıqlar prosesində neqativ addım kimi dəyərləndirmək olar. Bu cür destruktiv mövqe Ermənistan tərəfinin konstruktiv danışıqlar aparmağa hazır olmadığını nümayiş etdirir.

Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bu tipli tədbirlərin təxribat xarakterli olduğunu bildirib

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024