Mobil versiya
Leyla Əliyevadan aztəminatlı ailələrə şad xəbər
Tarix: 06-05-2017 | Saat: 16:56
Bölmə:Gündəm / Karusel | çapa göndər

Leyla Əliyevadan aztəminatlı ailələrə şad xəbər



"Biz bir neçə həftə öncə İDEA olaraq Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağlarının yaradılması ilə bağlı layihə irəli sürmüşük"
Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" plenar sessiyasında deyib.

Onun sözlərinə görə, bu layihə FAO ilə birlikdə hazırlanıb.

"Layihə nəticəsində kəndlərdə meyvə ağaclarının əkilməsini nəzərdə tuturuq. Bu, aztəminatlı ailələr üçün mənfəət yeri olacaq".

L.Əliyeva qeyd edib ki, dinimiz, irqimizdən asılı olmayaraq hamımız eyni planetdə yaşayırıq: "Ümumi gələcəyimiz var. Ekologiyanın sərhədləri yoxdur. Faktlar göstərir ki, məhz insan fəaliyyəti təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar bu zənginliklərin dəyərini itirməməlidir".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024