Mobil versiya
Həkimlərin yaşlı qadının ölümünü intihar hesab etməsinin qəribə səbəbi
Tarix: 03-05-2017 | Saat: 17:10
Bölmə:Gündəm | çapa göndər

Həkimlərin yaşlı qadının ölümünü intihar hesab etməsinin qəribə səbəbi



Ağdamda intihar etdiyi bildirilən 84 yaşlı qadının öz əcəli ilə öldüyü məlum olub.

AİA.Az APA-ya istinadən xəbər verir ki, meyitin ekspertizası zamanı Şəfiqə Abdullayevanın intihar etmədiyi müəyyən edilib.

Mərhumun yaxınları bildiriblər ki, ötən gün halı pisləşən Abdullayeva Şəfiqə Səlim qızı Ağdam Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda ölüb: "Paltarından sirkə turşusu iyi gəldiyi üçün həkimlər onun intihar etdiyini düşünüb. Xəstəxanadan hüquq-mühafizə orqanlarına məlumat verilib. Ağdam Rayon Prokurorluğu və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəldi. Biz də mərhumun meyitinin müayinə olunmasına etiraz etmədik".

Məlumata görə, ölümündən bir qədər əvvəl hərarəti yüksəldiyi üçün qadının bədəni sirkə turşusu ilə masaj edilib.

Ağdam Rayon Prokurorluğundan faktı təsdiqləyiblər. Bildirilib ki, Ş.Abdullayeva qəfildən dünyasını dəyişib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024