Mobil versiya
Gizli kəşfiyyat agentliyi xəbərdarlıq etdi - TERROR OLACAQ
Tarix: 02-05-2017 | Saat: 14:06
Bölmə:Gündəm / Karusel | çapa göndər

Gizli kəşfiyyat agentliyi xəbərdarlıq etdi - TERROR OLACAQ



Avropada avtomobil və ya bıçaq istifadə ediləcək hücum riskinin yüksəldiyini ifadə edən İsveçrə gizli xidməti sosial şəbəkədə 500-dən çox şübhəli təsbit edib. İsveçrə müdafiə nazirinə görə, əsl sual terror hücumunun olub-olmayacağı deyil, təəssüf ki, nə zaman olacağıdır.

İsveçrə kəşfiyyat agentliyi, Avropada xeyli sayda terror hücumu gözlənildiyini bildirib.

Milli.Az xəbər verir ki, Reuters xəbər agentliyinin dünyaya son dəqiqə koduyla verdiyi xəbərə görə, gizli agentlik avtomobil və ya bıçaqlı hücumlar gözləyir.

Risk səviyyəsinin yüksəldiyini ifadə edən İsveçrə kəşfiyyat agentliyi şübhəlilərin İŞİD-lə əlaqədə olduqlarını ehtimal edirlər.

İŞİD son bir il ərzində Fransa, İngiltərə, Almaniya və İsveçdə yük maşını və ya avtomobillə hücumlar təşkil edib.

Xatırladaq ki, İŞİD-in Fransanın Nans, Almaniyanın Berlin, İngiltərənin London və İsveçin Stokholmdakı hücumlarında onlarla insan həyatını itirmişdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024