Mobil versiya
“BakuBus” sərnişinlərə müraciət edib
Tarix: 01-05-2017 | Saat: 16:02
Bölmə:Gündəm | çapa göndər

“BakuBus” sərnişinlərə müraciət edib



"Son günlər "BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmişməlumatxarakterli nişanlar, maarifləndirici lövhələrbəzi sərnişinlər tərəfindən sökülür".

Bu barədə Adalet.az-a "BakuBus”ın mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinlərmənfi hərəkətlərdən çəkinməlidir: "Bildiririk ki, ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır. Belə ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişinlərə avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək, salonunu zibilləmək və digər bu kimi mənfi hərəkətlərə yol vermək qadağandır. Eyni zamanda, sərnişin bu qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır.

"Bununla yanaşı, "BakuBus” həmin şəxslərin aşkar olunaraq hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması , qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır.
Hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılmaqdadır və yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Bu kimi halları müşahidə edən sərnişinlərimizdən bu cür arzuolunmas hərəkətlərə biganə qalmamalarını, elə yerindəcə hadisəyə öz vətəndaş mövqeyini, münasibətlərini bildirmələrini və zərər yetirən şəxsin daha tez aşakar olunası üçün dərhal *4242 qaynar xəttinə zəng edib məlumat vermələrini xahiş edirik”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə