Mobil versiya
Azərbaycanda övladlığa götürülmüş 63 uşaq geri alınıb
Tarix: 27-04-2017 | Saat: 16:44
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda övladlığa götürülmüş 63 uşaq geri alınıb

2016-cı ildə övladlığa götürülmüş və övladlığa götürmənin ləğvi ilə bağlı statistika açıqlanıb.

Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2016-cı ildə ümumilikdə 773 nəfər övladlığa götürülmə faktı qeydə alınıb. Onlardan 14 nəfəri əcnəbilər və ya vətəndaşlığa olmayan şəxslər tərəfindən himayə edilib. Ümumilikdə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 63-dür.
Əlavə olaraq bildirilib ki, övladlığa verilən uşaqlardan 371 nəfəri qızlar olub, onlardan 7 nəfəri əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilib.

1 yaşa qədər övladlığa götürülmüş 167 uşaqdan (onlardan 90 nəfər qız) 2 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 1 yaşına qədər övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 2-dir.

1-5 yaşlı övladlığa götürülmüş 344 uşaqdan 4-ü əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilib. 1-5 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 8-dir.

6-10 yaşlı uşaqlardan 152 nəfəri övladlığa götürülüb. Onlardan 4 uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib.6-10 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 8-dir.

11-17 yaşda 110 uşaq övladlığa verilib. Onlardan 4 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 11-17 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 42-dir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024