Mobil versiya
Zakir Həsənov aprel döyüşlərindən danışdı
Tarix: 25-04-2017 | Saat: 17:17
Bölmə:Gündəm / Manşet | çapa göndər

Zakir Həsənov aprel döyüşlərindən danışdı


Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.

Tədbirdə hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində Heydər Əliyevin və Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu deyib.



Tibbi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin hər bir sahədə olduğu kimi hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb. Müdafiə naziri ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşləri, o cümlədən Ermənistanın daim vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlar törətməsini xatırladaraq hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmalarını, dərin biliklərə və geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.



Nazir Silahlı Qüvvələrin tibb heyətinə uğurlar diləyərək hərbi tibb müəssisələrinə müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərilməsinə dair tapşırıqlar verib. Sonra səhiyyə sahəsində göstərdikləri xüsusi xidmətlərə görə müdafiə nazirinin əmri ilə şəxsi heyətin bir qrupu təltif olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə