Mobil versiya
ABŞ-da meşə yanğınları ilə əlaqədar 8800 ev boşaldılıb
Tarix: 23-04-2017 | Saat: 20:17
Bölmə:Gündəm | çapa göndər

ABŞ-da meşə yanğınları ilə əlaqədar 8800 ev boşaldılıb







ABŞ-ın Florida ştatında meşə yanğınları ilə əlaqədar 8800-ə yaxın evin sakinləri evakuasiya edilib.

Aia.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Local 10" telekanalı məlumat yayıb.

Qəsəbə yaxınlığında eyni vaxtda 3 böyük yanğın ocağı var. Ümumilikdə, Florida ştatının yanğınsöndürənləri ştat ərazisində 30 yanğın ocağının söndürülməsinə çalışırlar. Yanğınların söndürülməsinə ABŞ Milli Qvardiyası və Fövqəladə Hallar üzrə Federal Agentlik də cəlb edilib.

Son məlumatlara görə, 3 böyük yanğın ocağından biri tamamilə, ikincisi 60 faiz, üçüncüsü isə 20 faiz lokallaşdırılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə