Mobil versiya
Güclü külək qərb bölgəsində fəsadlar törətdi
Tarix: 22-04-2017 | Saat: 15:54
Bölmə:Gündəm / Karusel | çapa göndər

Güclü külək qərb bölgəsində fəsadlar törətdi



Bu gün səhər saatlarından əsməyə başlayan güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, şiddətli külək nəticəsində Tovuz rayonunda yol və parklarda ağaclar qırılıb. Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən elektrik enerjisiz qalıb. Bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib.

Hazırda aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024