Mobil versiya
Bərdə sakininin avtomobilində at skeletləri və baş-ayağı tapılıb - FOTO
Tarix: 21-04-2017 | Saat: 17:18
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bərdə sakininin avtomobilində at skeletləri və baş-ayağı tapılıb - FOTO



Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna məxsus "QAZ-el" markalı 10-UX-290 dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 4 baş atın başı, atın 16 ədəd ön və arxa ayaqları, 4 baş atın ətdən ayrılmış onurğa sütunu, 4 baş atın ön və arxa ətraflarının ətdən ayrılmış sümükləri, 4 baş at dərisi və 4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkar olunub.




Bərdə Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müvafiq qaydada tədbirlər görüləcək. Hal-hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.



Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna dəfələrlə xəbərdarlıq edilib. Lakin buna baxmayaraq, görünür o hələ də qanunsuz bu kimi işlərdən əl çəkməyərək əməllərini davam etdirir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024