Mobil versiya
Şamaxıda torpaq sürüşdü: 2 ailə evini tərk etdi
Tarix: 20-04-2017 | Saat: 17:30
Bölmə:Gündəm | çapa göndər

Şamaxıda torpaq sürüşdü: 2 ailə evini tərk etdi



Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

AİA.Az report-a istinadən xəbər verir ki, şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altına düşüb. Son bir həftədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Sözü gedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən-günə genişlənir.

Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsi baş verən sürüşməyə tab gətirmiyərək uçur.

Evlərdəki çatlar isə artmaqdadır. Hazırda iki evin sakinləri təhlükə səbəbindən evini tərk edib.
Hadisə ilə bağlı Şamaxı Rayon Fövqəladə Hallar Homissiyası əraziyə baxış keçirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024