Mobil versiya
Masallı İcra Hakimiyyətindən AÇIQLAMA: Bayrağı güclü külək aşırıb
Tarix: 19-04-2017 | Saat: 16:33
Bölmə:Gündəm | çapa göndər

Masallı İcra Hakimiyyətindən AÇIQLAMA: Bayrağı güclü külək aşırıb



Masallı rayon İcra Hakimiyyəti rayon ərazisindəki Bayraq Meydanında bayrağın asıldığı dirəyin aşması məsələsinə aydınlıq gətirib.

İcra başçısının müavini Nasir Muxtarlı Trend-ə açıqlamasında faktı təsdiqləyib: "Bu gün bir neçə saat əvvəl dirək qəfildən aşdı. Bayrağı quraşdıran şirkətə bu barədə məlumat verilib və onlar hadisə yerinə baxış keçiriblər. Çünki həmin şirkət bayrağı quraşdıranda ona zəmanət verir. Bayrağı quraşdıran şirkətin mütəxəssisləri hadisənin baş vermə səbəbini araşdırır. Mütəxəssislər ilkin olaraq belə qənaətə gəlib ki, bu gün səhər saatlarında ərazidə külək burulğanı olub və bayraq dirəyi həmin küləkdən zədələnərək aşıb. Bayraq dirəyinin zədələnməsinə 3 gün əvvəl baş verən güclü külək də təsir edib".

N.Muxtarlı bildirib ki, artıq dirəyin bərpası ilə bağlı işlərə başlanıb, yaxın vaxtlarda bayraq yenidən ərazidə dalğalanacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024