Mobil versiya
“Azərsun” qiymətləri aşağı saldı
Tarix: 07-04-2017 | Saat: 17:37
Bölmə:Gündəm | çapa göndər

“Azərsun” qiymətləri aşağı saldı



Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan "Azərsun Holdinq” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı salıb.

Holdinqin İctimaiyyətlə əlaqələr və Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, hökumət tərəfindən aparılan ardıcıl təsirli islahatlar və pul siyasəti nəticəsində iqtisadiyyatda sabitləşmə meylləri yaranmış, Azərbaycan Manatı ABŞ Dolları qarşısında möhkəmlənməyə başlamışdır. Bunu nəzərə alaraq əsas qida məhsullarından olan şəkər tozu, günəbaxan və qarğıdalı yağının qiymətləri aşağı salınıb:

"Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşüb”.

Afiq Səfərov qeyd edib ki, dollar/manat məzənnəsi sabitləşdikcə, digər məhsulların da qiymətlərinin aşağı salınması davam etdiriləcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024