Mobil versiya
MÜSTƏQİL AZƏRBAYCANIN POLİS AKADEMİYASI 25 İLLİK YUBİLEYİ QARŞISINDA
Tarix: 07-04-2017 | Saat: 12:24
Bölmə:Gündəm / Manşet / Seçilənlər | çapa göndər

MÜSTƏQİL AZƏRBAYCANIN POLİS AKADEMİYASI 25 İLLİK YUBİLEYİ QARŞISINDA



Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.

Ümummilli lider Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdə milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli ali təhsil müəssisəsi statusu verildi. Polis Akademiyası təyinatına uyğun olaraq, bütün dövrlərdə daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynayıb, 1921-ci ildə sıravi milis nəfərləri və komandir heyəti hazırlayan bu təhsil müəssisəsi böyük inkişaf yolu keçərək Akademiya səviyyəsinədək yüksəlib, onun məzunları şəxsi heyətin əsas özəyini təşkil etməklə, bir çoxları müxtəlif rəhbər vəzifələrə irəli çəkilib.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işləri və həyata keçirilən islahatlar Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə edib. Dövlətimizin başçısı burada görülən işlərlə iki dəfə şəxsən tanış olub, dəyərli tövsiyələrini verib. Məhz Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində Akademiyanın maddi-texniki bazası gücləndirilib, təhsilin keyfiyyəti yüksəldilib.

Azərbaycan Respublikası DlN-in Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya

tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (cari ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Abituriyentlər DİN-in xüsusi-həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan miivəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasmın Dövlət İmtahan Mərkəzinə göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan va rus dillərində keçirilir. Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

DİN-in Polis Akademiyasında dərslər 15 sentyabrda başlayır, tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir. Akademiyaya qəbul olunmuş kursantlar 14 avqust-13 sentyabr tarixlərində Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dövlət hesabına yataqxana, geyim forması, təqaüd və yeməklə təmin olunur, təhsil və kurs müddətində həmin akademiyanın ərazisində yerləşən yataqxanada qalırlar.

Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər DİN-in Polis Akademiyasına qəbul edilmirlər.

Son illər 500 baldan yüksək nəticə göstərən abituriyentlər arasında ali DİN-nin Polis Akademiyasını seçənlərin sayı çoxalmışdır. Təsadüfi deyildir ki, 2016-cı abituriyent ilində bu ali məktəbə qəbul olunanların aşağı balı 516, yuxarı göstəricisi isə 690 olmuşdur.

DİN-nin Polis Akademiyası 2010-cu ildən hüquqşünas hazırlayan təhsil ocağı kimi xüsusi təyinatlı təhsil müəssisələrinin sırasına daxil edildikdən sonra Akademiyanın hüquqşünaslıq üzrə diplomu ölkə daxilində bütün dövlət qurumları və təşkilatları tərəfindən tanınır. Polis Akademiyasının məzunları nəinki daxili işlər orqanlarında, eyni zamanda,

məhkəmə, prokurorluq, ədliyyə, vergi və digər orqanlarda çalışırlar. Polis Akademiyasında təhsilin Azərbaycan dilində aparılmasına baxmayaraq, təqdirəlayiq haldır ki, Akademiyanın tələbələrinin nailiyyətləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda keçirilən bilik yarışmalarında da davamlı xarakter almışdır. Akademiyada tədris prosesi ilə yanaşı elmi-tədqiqat fəaliyyəti də uğurla həyata keçirilir. Hazırda akademiyada təhsil alanlar fənlər üzrə tədris resursları ilə tam təmin edilmişlər ki, bu da fənlərin mənimsənilməsinə öz müsbət təsirini göstərir. Hüququn müxtəlif sahələri üzrə Akademiyada beynəlxalq elmi-praktik konfrans və seminarların keçirilməsi də davamlı xarakter almışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə bağlı müəyyən edilən strategiya bu strukturun gələcəkdə yüksək səviyyəli - dolğun nəzəri və normativ biliklərə, peşəkarlıq vərdişlərinə, zəngin dünyagörüşünə, tələb olunan fiziki və taktiki göstəricilərə malik kadrlarla təmin olunma zərurətini yaratmışdır. Məhz bu tədbirlər baxımdan da Polis Akademiyası beynəlxalq sahəsində Avropa və MDB dövlətlərinin təhsil müəssisələri və bir çox beynəlxalq qurumları ilə təcrübə mübadiləsinə və yaxın əməkdaşlığa başlamışdır.

2005-ci ilin sentyabr ayında «Qloballaşma və cinayətkarlıq: kadr hazırlığında ali təhsil müəssisələrinin yeni vəzifələri» mövzusunda Polis Akademiyasında keçirilən «Mərkəzi və Cənub Şərqi Avropa ölkələrinin ali polis (milis) təhsil müəssisələri rəhbərlərinin XIII Beynəlxalq konfrans» Bakı şəhərində Avropanın 14 ölkəsindən 20-yə yaxın ali polis təhsil müəssisələri rəislərinin və digər rəhbər kadrlarının bir araya gəlməsinə səbəb olmuşdur.

Müasir dövrdə aktual məsələlərdən biri hesab olunan gender problemləri, ailə zorakılığı və digər məsələlərin araşdırılması ilə məşğul olan qeyri-hökümət təşkilatları ilə Polis Akademiyasının əməkdaşlığı genişlənmişdir. 2005-2008-ci illərdə Polis Akademiyasında ATƏT-in İnsan hüquqları və demokratik təsisatlar üzrə Varşava Ofisi (ODİHR) tərəfindən Azərbaycan Gender Assosiasiyasının «Simmetriya» təşkilatı ilə birlikdə müxtəlif mövzularda zabit və müdavimlərlə seminar və treninqlər keçirilmişdir.

2007-ci ilin dekabr ayında Ukrayna DİN-in Milli Universitetində MDB ölkələri DİN-in ali təhsil müəssisələri arasında beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ üzrə «Gələcəyin peşəkarı-2007» adlı beynəlxalq intellektual müsabiqədə Azərbaycan DİN-nin Polis Akademiyasının təmsil edən müdavimlərin bütün turlarda yaxşı nəticələr əldə etməklə yalnız ev sahiblərindən 1 bal fərqilə geri qalaraq fəxri II yerə nail olmaqla uğurlu çıxışları Akademiyada təhsilin və MDB məkanında DİN-in ali təhsil müəssisələri ilə müqaisədə yüksək səviyyədə olduğunun göstəricisidir.

Almaniya Federativ Respublikasının «Hans Zaydel» fondu ilə aparılan təcrübə mübadiləsi sahəsində uğurlu əməkdaşlıq əsas istiqamətlərindən biri hesab olunur. 2006-ci ildən etibarən Avropa məkanında öz mövqeyini möhkəmləndirən Azərbaycan Polis Akademiyası Almaniyada polis təhsilinin bu və ya digər aktual məsələlərini müzakirə edən seminar və konfranslarda mütamadi iştirak etməyə başladı. Son illər ərzində Akademiyanın xeyli sayda əməkdaşı yuxarıda qeyd olunan təbdirlərin iştirakçısı olub. Eyni zamanda Bavariya polisi ilə təcrübə mübadiləsi Akademiyanın bazasında da uğurla təşkil olunur. 2008-ci ilin yekunu Almaniyanın Federal Daxili İşlər Nazirliyinin Bavariya polis hazırlığının Rəyasət heyətinin büro rəhbərinin və Bavariya Federal Daxili İşlər Nazirliyinin İxtisasartırma İnstitutunun direktorunun Polis Akademiyasına səfərləri ilə yadda qaldı.

Almaniya, Avstriya, İngiltərə, İspaniya, Macarıstan, Polşa, eləcə də Rusiya, Ukrayna və Tacikistan Respublikalarına öz əməkdaşlarını təcrübə mübadiləsinə göndərən Azərbaycan Polis Akademiyası mövcud təcrübəni öyrənməklə yanaşı, təhsil müəssisələrinin arasında daha sıx münasibətlərin yaranmasına və nüfuzunun artmasına da nail olmuşdur. Avropa polis təlimində geniş yayılmaqda olan təhsilin interaktiv metodları isə səfərlərdə iştirak edən Akademiyanın müəllimləri tərəfindən uğurla mənimsənilmişdir.

Avropa polis təhsilinin forma və üsullarını öyrənmək məqsədilə Avropanın inkişaf etmiş ölkələrinin ali polis məktəblərinə edilən müraciətlər Almaniya, Avstriya, Polşa, Estoniya və Latviyadan, eləcə də Avropada polis təhsilinin təkmilləşdirilməsi ilə məşğul olan mötəbər təşkilatlardan (CEPOL və «AEPC») əməkdaşlıq etmək üçün maraqlı təkliflərin alınması ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında «Beynəlxalq insan hüquqları», «Beynəlxalq humanitar hüquq və hüquq mühafizəsi» kimi mövzularda seminarlar bu sahənin öyrənilməsinə əlverişli şərait yaradır.

XXI əsrin ilk illərindən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də aparılan islahatlar Polis Akademiyasını «Boloniya təhsil sistemi» reallığı ilə üzləşdirdi. Polis Akademiyasına Avropa ölkələrinin artan marağı, «Boloniya sistemi»nə keçid mərhələsi və Akademiyada bəzi mütərəqqi islahatların həyata keçirilməsi artıq beynəlxalq sahədə əməkdaşlıq və əlaqələrin yeni müstəviyə keçirilməsini və bu fəaliyyətin daha təkmil, sistemli və davamlı aparılması zərurətini yaratmışdır.

Elə bu baxımdan Polis Akademiyasında hazırlanan yeni tədris planında MDB-yə üzv dövlətlərin polis (milis) təhsil müəssisələrinin təklif və tövsiyələri öz əksini tapmışdır.

Azərbaycan DİN-nin Polis Akademiyasına artan marağın nəticəsi kimi ATƏT, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Komitəsi, səfirliklər və s. təşkilatların nümayəndələrinin Polis Akademiyasına səfər etmələri də fəaliyyətin müsbət nəticələri ilə bağlıdır. Son illərdə Polis Akademiyasının beynəlxalq aləmə inteqrasiyasının belə artım sürəti, onun maddi-texniki bazasının zənginləşdirilməsi və Avropa standartlarına uyğun tikinti və abadlaşdırmanın aparılması Polis Akademiyasının yaxın gələcəkdə Avropanın nüfuzlu təşkilatlarına üzv olacağı, eləcə də Avropa polis təhsilini tətbiq etmək sahəsində real imkanın mövcudluğundan xəbər verir.

Qloballaşma şəraitində cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək və başqa bu kimi məqsədlərlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirilən elmi-praktik konfranslar və həmin tədbirlərdə xarici ölkələrin analoji ali təhsil müəssisələrinin nümayəndə heyətlərinin iştirakı, xarici və yerli hüquqşünas alimlərinin, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının məzmunlu araşdırmaları və təklifləri ilə zəngin olan çıxışları ölkəmizin daxili işlər orqanlarının, eləcə də Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının nüfuzuna müsbət təsir edəcək hal kimi qarşılanır və xarici həmkarlarımızla işgüzar, dostluq münasibətlərin inkişafına və təcrübə mübadiləsinə əlverişli şərait yaradır. Konfranslarda "Qloballaşma şəraitində cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri"; "Cinayətkarlığın inkişaf tendensiyalarına qloballaşmanın təsiri"; "Regional cinayətkarlığın kriminoloji tədqiqinin müasir modelləri"; "Cinayətkarlığın qloballaşma şəraitində kriminoloji tədqiqinin regional problemləri"; "Cinayətkarlığın ayrı-ayrı növlərinin (Yetkinlik yaşına çatmayanların, iqtisadi, zorakı, ekoloji, mütəşəkkil, insan alveri, kiber cinayətkarlıq və s.) beynəlxalq və regional problemləri"; "Narkotizmin qloballaşma şəraitində kriminoloji xüsusiyyətləri"; "Sosial-neqativ təzahürlərin cinayətkarlığa təsirinin beynəlxalq və regional problemləri"; "Regional cinayətkarlığın kriminoloji tədqiqinin viktimoloji aspektləri" kimi problemlər müzakirə olunur, fikir və təcrübə mübadilələri aparılır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru Əliyev Nazim Tələt oğlunun 2011-ci ildən rəhbərliyə başlamasından ötən müddət ərzində bu ali təhsil müəssisəsi əhəmiyyətli nailiyyətlərə imza atmışdır. Əmin olmağa dəyər ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun daimi diqqət və qayğısı sayəsində Polis Akademiyası uğurlarını bundan sonra da artıracaq, ölkəmizdə

sabitliyi və əmin-amanlığı, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ixtisaslı kadrlar hazırlayacaq. Övladı Polis Akademiyasında təhsil alan valideyn kimi mən də əminəm ki, bu təhsil müəssisəsi dövlətimizin, dövlətçiliyimizin gələcəyinin etibarlı qoruyucularını hazırlayır. Çünki Akademiyada tətbiq olunan “Tədris prosesini idarəetmə” sistemi çərçivəsində hər bir valideyn kimi, mən də övladımın nizam-intizamının səviyyəsi, dərslərə davamiyyəti barədə məlumat əldə edə bilirəm.

Akademiya rəhbərliyinə, 543 balla Polis Akademiyasını seçmiş oğlum Lətif Cənnətovun I kurs rəhbəri "Polis Akademiyasında dərs demək mənim qanımdadır" deyən polkovnik-leytenant Fariz Yusifova, onun müavini Orxan Mirzəyevə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, tələbələrə təkcə müəllimlik deyil, həm də atalıq qayğısı göstərən bu insanların Vətənə xidmətini xalqımız həmişə olduğu kimi bundan sonra da yüksək dəyərləndirəcəkdir.

Cənnət Cənnətov

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024