Mobil versiya
MTRŞ-dən ANS-ə daha bir - Sərt cavab
Tarix: 08-10-2015 | Saat: 14:11
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



“İctimaiyyətin narazılığına səbəb olan ciddi efir məsələlərinə “xoşuna gəlmir, baxma” kimi bəsit məntiqlə yanaşırsınızsa, heyif o 55 illik təcrübədən”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov ANS telekanalının Mətbuat Xidmətinin rəhbəri Mais Məmmədovun qurum barəsində səsləndirdiyi ittihamlara cavabında yazıb. O bildirib ki, müşavir hər zaman 55 illik təcrübəsindən danışsa da, bilmədiyi çox şey var:

“Mais Məmmədov adlı bir ağsaqqal kişi var, ANS-də hərdən qeyzli açıqlamalar verir (ya da verdirirlər). Hər dəfə də eyni sözləri təkrarlayır ki, nə bilim mənim 55 illik televiziya təcrübəm var, Şuradakılar TV işini bilmir, nə bilim bizim işimizə qarışmasınlar, Şura istəyir ki, ANS də o biri kanallara oxşasın (guya ki, başqa kanallardan ANS-in nəyisə fərqlidi) və s.

Amma o ağsaqqala deyən yoxdu ki, o 55 illik televiziya təcrübənizdə öyrəndikləriniz “Sən tək deyilsən”, “Adam içində”, “Komedi.az”, “Bu da bu” kimi verilişlər ortaya qoymaqdan, efirdə söyüş söyməyə, qeyri-etik ifadələr işlədilməsinə haqq qazandırmaqdan o yana deyilsə və hələ də senzura ilə hüquqi tənzimləməni bir-birindən fərqləndirə bilmirsinizsə, ictimaiyyətin narazılığına səbəb olan ciddi efir məsələlərinə “xoşuna gəlmir, baxma” kimi bəsit məntiqlə yanaşırsınızsa, MTRŞ-nin yaradıcı deyil, hüquqi tənzimləyici qurum olmasını və bu qurumun fəaliyyətinin əsas funksiyasının teleradio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaqdan ibarət olduğunu və orada çalışanların peşəkarlığının yaşla, stajla deyil, məhz bu işləri necə icra etməsi ilə, yəni başla ölçüldüyünü bilmirsinizsə, heyif o illərdən”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024