Mobil versiya
FHN və DİN birgə təlim keçirib
Tarix: 05-04-2017 | Saat: 12:37
Bölmə:Gündəm / Manşet | çapa göndər

FHN və DİN birgə təlim keçirib



“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksində təlim keçirilib.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində 2017-ci il 5 aprel tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində təlim keçirilib.

Təlimə Azərbaycan Respublikası Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub. İdman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədi ilə keçirilən təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyyə olunması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024