Mobil versiya
Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA
Tarix: 31-03-2017 | Saat: 11:30
Bölmə:Gündəm / Manşet | çapa göndər

Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA



ABŞ-ın yüksək vəzifəli demokrat senatorları prezident Donald Trampın şirkəti ilə Azərbaycandan olan oliqarxın şirkəti arasındakı əlaqələrin araşdırılmasını tələb ediblər.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İnterfax agentliyi qərb KİV-nə istinadən məlumat yayıb. Senatorların fikrincə, həmin oliqarxın İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə də əlaqələri var.

Senatorların bildirdiklərinə görə, onlar ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin, Ədliyyə naziri Ceff Seşns və Federal Araşdırma Bürosunun direktoruna bununla bağlı məktub yollayıblar. Məktubda Trampın şirkətinin antikorrupsiya qanunlarını pozması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Qərb KİV-nin yazdıqlarına görə, 2014-cü ildə Tramp Bakıda otel tikintisi ilə bağlı elan vermişdi. Bu layihədə partnyoru isə eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Layihədə məqsəd isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlantısı olan çirkli pulların yuyulması olub.

Məktubda o da qeyd olunur ki, Trump Organization Baku Tower-lə olan razılaşmadan çıxsa da, bu, Trampın şirkətini məsuliyyətdən yayındıra bilməz.

Eyni zamanda, Trump Organization-nın vəkili bildirib ki, layihə onlara məxsus deyil, heç kimə pul verməyiblər. Buna görə də, ABŞ qanunvericiliyini pozmaqdan söhbət gedə bilməz.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024