Mobil versiya
Bakı-Şamaxı yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ
Tarix: 14-03-2017 | Saat: 16:15
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bakı-Şamaxı yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ


Bakı-Şamaxı avtomobil yolunun 12,8 km-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün tamamilə bağlanacaq.

Alternativ yol olaraq nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev - Sahil avtomobil yolundan istifadə etməklə Bakı - Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024