Mobil versiya
Aqil ABBAS:Körpülənin, ay Türklər, Türkiyəni qoymayın təklənə
Tarix: 06-03-2017 | Saat: 15:15
Bölmə:Gündəm | çapa göndər

Aqil ABBAS:Körpülənin, ay Türklər, Türkiyəni qoymayın təklənə

Almaniya demokratiyanı və diplomatiyanı ayaqlar altına salıb tapdaq-tapdaq elədi. Türkiyənin iki nazirinin bu ölkədə keçiriləcək və əvvəlcədən razılaşdırılmış toplantılarını ləğv elədi. Bu da təbii ki, Türkiyəni əsəbləşdirməyə bilməzdi və iki ölkə arasında hazırda böyük bir gərginlik yaşanır. İctimai Televiziyanın sözü olmasın, dünya ictimaiyyəti də belə tərbiyəsizliyə hələ də susur.
Qardaş ölkənin cümhurbaşkanı sayın Ərdoğandan da bərk təpgi gəldi: «Ben istersem gelirim. Ve kapıdan sokmadığınız zaman, ya da konuşturmadığınızda da dünyayı ayağa kaldırırım".
Türkiyəni qarışdırmaq, məhv eləmək istəyənlər çox gözəl körpülənirlər. Hətta canavar kimi ağız-ağıza yatan ABŞ-la Rusiya da Suriya məsələsində artıq körpülənməyə başlayıblar.
İraq kürdləri ilə Suriya kürdlərini birləşdirən bir dəhliz yaranıb və beləlilklə də Türkiyənin Mümbiç və Rakka planının üstündən xətt çəkiblər. ABŞ-ın PYD və YPG terror təşkilatlarına göndərdiyi zirehli texnikalarla yankilər Türkiyə ordusu qarşısında «risovkalıq» edirlər.
PKK terrorçuları Avropada, xüsusilə də Almaniyada at oynadırlar, Türkiyə əleyhinə istədiklərini yapırlar. Türkiyənin nazirlərinə isə Almaniyaya girişi qadağan edirlər.
Bəli, Türkiyənin düşmənləri körpülənirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Praqada Ermənistan prezidentinə dediyi o məşhur kəlamı xatırlatmağa ehtiyac var: «Türkiyə burda yoxdur, mən burdayam». Biz həmişə Türkiyənin yanındayıq, sevincli günlərində də, kədərli vaxtlarında da. Amma bu azdı. Başqa türk dövlətləri də Türkiyənin yanında olduqlarını isbat etməlidirlər.
Məmməd Araz bir şeirində deyir:
Körpülənin, ay Arazlar,
Məni qoymayın təklənəm.
Körpülənin, ay türk dövlətləri, Türkiyəni qoymayın təklənə!
1995-ci ildə Almaniyada neofaşistlər türklərin evlərini yandırmağa, özlərini öldürməyə başlamışdılar. Onda Alparslan Türkeş (Alparslan Türkeş də Alparslan Türkeş idi ey!) Almaniyaya getdi və orda belə bir bəyanat verdi. Dedi, əvvəla layiqli cəzanızı alacaqsınız (ülgüçülər də həmin neofaşistlərin layiqli cavablarını verdilər) və bir də dedi ki, bircə göstəriş verərəm Almaniyadakı türklər bircə günün içində bankdakı bütün paralarını çəkərlər, Almaniyanın iqtisadiyyatı da məhv olar, özü də arxası üstə düşər. Ondan sonra Almaniya əl-ayağa düşdü və neofaşistləri özləri də cəzalandırdı.
Almaniyada 5 milyon türk yaşayır. Yəni Almaniyanın 85 milyon əhalisinin 5 milyonu türkdü və banklarda yüz milyadlarla dollar əmanətləri var. Fikirləşin, həmin pulu çəkirlər və Türkiyə banklarına yatırırlar.
Mən də çox sadəlövh adamam, türk dövlətlərini Türkiyə ilə körpülənməyə çağırıram. Amma ağlamalısı odur ki, Almaniyadakı türklərin özləri körpülənə bilmirlər.
Adalet.az

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024