Mobil versiya
Səhlab Bağırovdan sabiq nazirin maşını ilə bağlı AÇIQLAMA
Tarix: 02-03-2017 | Saat: 17:23
Bölmə:Gündəm / Karusel | çapa göndər

Səhlab Bağırovdan sabiq nazirin maşını ilə bağlı AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması hadisəsi ilə bağlı açıqlama verib.

AİA.Az xəbər verir ki, lent.az-a danışan general Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib: "Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb".

Qeyd edək ki, bu gün mətbuatda Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbər yayılıb. Sabiq nazir bildirib ki, 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün cəzalandırılıb. Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024