Mobil versiya
AXCP üzvünün həbs müddəti azaldıldı
Tarix: 02-03-2017 | Saat: 12:35
Bölmə:Gündəm | çapa göndər

AXCP üzvünün həbs müddəti azaldıldı

AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Asif Yusiflinin cəzası azaldılıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə onun barəsində olan 6 illik azadlıqdan məhrum edilmə cəzası azaldılaraq 5 ilə endirilib.

Qeyd edək ki, Asif Yusifli 2014-cü ildə Fəridə Zülfüqarova adlı şəxsin şikayəti əsasında həbs olunub. A.Yusiflinin onun vəsaitini mənimsədiyi iddia olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Asif Yusiflini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Daha sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan qərarın ləğv edilməsi və bəraət verilməsi istənilib. Ali Məhkəmədə onun cəzası 1 il 6 ay azaldılıb. Ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024