Mobil versiya
SOLTAN CAMALOV - İŞGÜZAR ADAM ETALONU
Tarix: 01-03-2017 | Saat: 14:33
Bölmə:Gündəm / Seçilənlər-5 / Seçilənlər-7 | çapa göndər

SOLTAN CAMALOV - İŞGÜZAR ADAM ETALONU


Qaxda suvarılan sahələrin həcmi artırılması istiqamətində müntəzəm işlər görülür. Qax Rayon Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 19 min 750 hektar suvarılan torpaq var. Bu sahələrin su ilə təmin olunması üçün idarənin 264,8 kilometr uzunluğunda suvarma şəbəkələri mövcuddur. Həmin şəbəkələr su ilə əsasən Kürmük, Zərnə, Qum, Duruca və Qapı çayları vasitəsilə təmin olunur. 9 min hektar sahə müntəzəm suvarılır. Qalan ərazilərin suya tələbatı isə quraqlıq baş verdiyi hallarda yaranır. Ona görə də hazırda qarşıda duran əsas vəzifələrdən biri daimi suvarılmasında çətinlik olan 4 min hektar sahənin Alazan çayından nasos stansiyası vasitəsilə suvarılmasıdır. Bu layihə başa çatdıqdan sonra müntəzəm suvarılan sahələrin həcmi 13 min hektar təşkil edəcək. Əsasən Qıpçaq, Almalı, Cəlayir və Qorağan kəndlərində yerləşən həmin ərazilərdə isə taxıl əkilməsi nəzərdə tutulur. Taxıl sahələrini suvarmaq üçün 8 kilometrə yaxın ərazidən nəql olunacaq su xüsusi inşa ediləcək hovuza toplanacaq və oradan nasos stansiyası ilə tələb olan zəmilərə yönəldiləcək.

Qax rayon Suvarma İdarəsinə təcrübəli mütəxəssis, sahənin bilicisi olan Soltan Camalov rəhbərlik edir. Camalov Soltan Bəddrəddin oğlu 1951-ci ildə Qax rayonunun İlusu kəndində anadan olub.Orta təhsilini İlusu kənd orta məktəbində alıb.1968-ci ildə orta məktəbi bitirdikdən sonra Politexnik Universitetinin hidromeliorasiya fakültəsinə daxil olub. 1970-1972-ci illərdə hərbi xidmətdə olub.1975-ci ildə universiteti bitirib.Əmək fəaliyyətinə 1968-ci ildə Elmi-Tədqiqat və Meliorasiya Universitetində texnik kimi başlayıb. 1975-ci ildən Qax rayon Suvarma Sistemləri İdarəsində texnik mühəndis və baş mühəndis vəzifələrində çalışıb. 1985-ci ildə 40 nömrəli səyyar mexanikləşdirmə dəstəsinə rəis seçilib.1987-ci ildə Suvarma Sistemləri İdarəsinə rəis müavini vəzifəsini icra edib.1992-ci ildə baş mühəndis və 2007-ci ildə isə bu idarənin rəisi vəzifəsinə təyin edilib.Evlidir, bir oğlu var.O, BDU-nu fərqlənmə diplomu ilə bitirib.Vətənə olan borcunu yerinə yetirərək hərbi xidmətini başa vurub.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin köməyi sayəsində S. Camalovun rəhbərlik etdiyi idarə suvarmanın mütəşəkkil aparılması üçün suvarma kanallarında və çaylarda lildən təmizlənmə, eləcə də sahilbərkitmə işləri görür. Rayonda suvarmanın təşkili 4 Sudan İstifadəedənlər Birliyi (SİB) tərəfindən icra olunur. Bunlar “Meleorator”, “Qaxbaş”, “Şotavar-Lələli” və “Turaclı” SİB-ləridir. Onların yaradılmasında məqsəd suvarmanın mütəşəkkil təşkil edilməsində, su istehsalçılarına suyun satılmasında, eyni zamanda istehlakçılara verilən suyun dəyərinin yığılmasında yaranan problemlərin tam şəkildə aradan qaldırılmasıdır. Keçən il Qax rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə rayon ərazisindən axan dağ çaylarında bu ilin ötən dövründə 470 metr uzunluğunda beton bəndlər tikilib. Ağçay kəndinin yuxarı hissəsinin mühafizəsi üçün çayın sağ sahilində 100, İlisu kəndinin mühafizəsi üçün Hamamçayın sol sahilində 50, Zərnə kəndinin mühafizəsi üçün Zərnə çayının sol sahilində 100, Kürmük çayının Qax şəhəri ərazisindən keçən hissəsində isə 220 metr uzunluğunda daş-beton və dəmir-beton bəndlər inşa edilib. Hazırda Kürmük çayının sahilində 80 metr uzunluğunda beton bəndin tikintisi, həmçinin İbaxlı kəndinin mühafizəsini təmin edən mövcud bəndlərdə təmir işləri aparılıb.

Bundan əlavə, əkin sahələrinin suvarılmasını təmin etmək üçün ötən müddətdə Qobala çayında 300 metr uzunluğunda beton üzlüklü kanal inşa edilib, Qaxmuğal suvarma kanalında 210 metr uzunluğunda beton üzlüklü kanal təmir olunub. Hazırda isə rayon ərazisindən axan çayların məcraları və suvarma kanalları lildən təmizlənir.

Soltan müəllim ümumən bütün respublika ictimiyyəti arasında olduqca işgüzar adam kimi xarakterizə olunur. İşə başlayarkən əvvəlcədən onu qurtaracağı vaxtı müəyyən edir və çalışır ki, verdiyi sözə əməl etsin. Əlindəki işi qurtarmamış başqa işə başlamır. O, vaxt tapıb evdə və işdə keçirilən bütün tədbirlərdə iştirak edir, ev işləri və çöl işləri arasında tarazlıq yaradır, cəbhələrin hər ikisində işlərin öhdəsindən gəlir. İşdə qazandığı uğurlara baxmayaraq, o, sadəliyini və təvazökarlığını saxlayır, xasiyyətini dəyişmir. O,daim fəaliyyətdə olur, çalışır, zəhmət çəkir, enerjisini xərcləyir. Hər dəfə bir yenilik edir. Öz işlərini özü sahmanlayır, nizamlayır, yoluna qoyur. Özü işgüzar olduğu üçün başqa işgüzar adamlara da hörmətlə yanaşır. Öz həmkarları ilə sıx əlaqə saxlayır, lazım olduqda onlara yardım edir. Bəzi gözü götürməyənlər onun haqqında şər və böhtan yayırlar.

Ona tapşırılan işləri layiqincə yerinə yetirdiyi , bacarığı, təcrübəsi və təşkilatçılıq qabiliyyəti olduğu üçün " Fəxri Fərman" və " TƏRƏQQİ" medalı ilə təltif edilən Soltan müəllim hökumətə və xalqa sədaqətlə xidməti sayəsində kiminsə hesabına məsul vəzifələrə yerləşdirilənlərdən daha çox həmin vəzifədə qalıb işləyir.

Soltan müəllimə və onun rəhbərlik etdiyi kollektivin bütün üzvlərində gələcək fəaliyyətlərində də uğurlar arzulayırıq.

Bəhram Yaqubov

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə