Mobil versiya
Şəhid baş leytenantın cənazəsi doğulduğu Ordubada yola salınıb - FOTO
Tarix: 28-02-2017 | Saat: 10:50
Bölmə:Gündəm | çapa göndər

Şəhid baş leytenantın cənazəsi doğulduğu Ordubada yola salınıb - FOTO

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Ordubad rayonuna yola salınıb.

AİA.Az criminal.az-a istinadən xəbər verir ki, şəhidi yola salarkən hava limanında böyük izdiham yaşanıb.

Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Onunla yanaşı digər 4 şəhidin nəşi döyüş meydanında qalmışdı. Dünən şəhidlərin nəşi neytral ərazidən təxliyə edilib.

AİA.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024