Mobil versiya
Baloğlan Əşrəfov qəzadan danışdı: “”Hyundai” qəfildən qarşıma çıxdı”
Tarix: 28-09-2015 | Saat: 01:10
Bölmə:Gündəm / Dünya / Aia TV / Karusel | çapa göndər

Baloğlan Əşrəfov qəzadan danışdı: “”Hyundai” qəfildən qarşıma çıxdı”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov yol qəzasına düşüb.

Hadisə ötən gün saat 14.30 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Müğənni yol qəzasına düşməsinin təfərrüatlarını AzNews.az-a danışıb. Onun sözlərinə görə, “Hyundai” markalı avtomobil qəfildən qarşısına çıxıb. Hadisə nəticəsində müğənninin ayağı sınıb: “Hazırda ayağım gipsdədir. Həkimlər müayinə etdilər. İndi evdəyəm. Vəziyyətim yaxşıdır. Avtomobilim tanınmaz vəziyyətdədir. Amma əsas odur ki, özüm sağ-salamatam”.

B.Əşrəfovun sözlərinə görə, qarşı tərəfdən heç kimə ağır xəsarət dəyməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024