Mobil versiya
`Cocuq Mərcanlıda hər şey qaydasındadır` - Kənd sakini
Tarix: 25-02-2017 | Saat: 14:09
Bölmə:Gündəm / Karusel | çapa göndər

`Cocuq Mərcanlıda hər şey qaydasındadır` - Kənd sakini

“Cocuq Mərcanlıda hər şey yaxşıdır. Narahatçılığa heç bir əsas yoxdur”.

AİA.az xəbər verir ki, bunu AzVision.az-a Cəbrayıl rayonu Cocuq Mərcalı kəndinin yeganə sakini olan Oktay Həziyev deyib.

Gecə saatlarında cəbhədə vəziyyətin gərginləşdiyini deyən O.Həmziyev hazırda kəndə durumun nomal olduğunu bildirib: “Narahat olmayın, kənddə təmir-bərpa işləri davam etdirilir. Azərbaycanın güclü ordusu var. Biz Azərbaycan ordusuna arxayınıq. Əminəm ki, ordumuz düşmənin bütün təxribat cəhdlərinə layiqli cavab verir və verəcək”.

Xəbər verdiyimiz kimi, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024