Mobil versiya
"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edildi
Tarix: 21-02-2017 | Saat: 19:49
Bölmə:Gündəm | çapa göndər

"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edildi

Prezident İlham Əliyevin "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda aşağıdakı dəyişikliklər edilir:

"- Adında “Bakı Mühəndislik Universitetinin” sözləri “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilir;

- 1-ci hissədə “bu sahədə ali” sözləri “orta ixtisas, ali” sözləri ilə, “Bakı Mühəndislik Universiteti” sözləri “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilir;

- 2.1-ci və 2.5-ci bəndlərdə “Bakı Mühəndislik Universitetinin” sözləri “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilir".

Müəyyən edilir ki:

“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir;

- “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir;

- “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.3-cü, 8.2.4-cü (“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini Təhsil Nazirliyi həyata keçirir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Vergilər Nazirliyi “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Təhsil Nazirliyi isə bu fərmandan irəli gələn məsələləri həll etməlidiri.

AiA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024