Mobil versiya
Çoxarvadlılıq azərbaycanlılara ziddirsə, donuz əti və spirtli içki nədir?..
Tarix: 18-02-2017 | Saat: 14:11
Bölmə:Gündəm / Manşet | çapa göndər

Çoxarvadlılıq azərbaycanlılara ziddirsə, donuz əti və spirtli içki nədir?..


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov islam dinində 4 arvadlılıq məsələsi ilə bağlı fikirlər səsləndirib.

"Etiraf edək ki, islamda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu, ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur. İslam isə bu mədəniyyətlərin heç birini inkar etmir".

Dini Komitənin sədr müavinin bu fikirlərində təzad hiss olunur.

O zaman belə çıxır ki, donuz ətinin yeyilməsi, spirtli işçki içilməsi də mədəniyyətlərarası məsələdir. Yəni Ərəbistanda bunlar qəbul edilmirsə, Azərbaycanda qəbul edilə bilər?

Əslində komitə sədri nəyi demək istəyib?

AİA.Az xəbər verir ki, "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı hacı Şahin Həsənli modern.az-a açıqlamasında deyib ki, dini komitənin sədr müavininin fikirləri əslində məntiqlidir.

"O baxımdan ki, dinimizin qaydaları universaldır. Məsələn, 4 qadınla evlənmək məsələsi dinimizin təşviq etdiyi məsələlərdən deyil. Sadəcə, icazə verdiyi mövzulardandır. Belə məsələlərdə xalqların mədəniyyəti nəzərə alına bilər. İnsanlar məcbur deyillər ki, bir neçə insanla ailə həyatı qursunlar. Ona görə də bu, dinin vacib hökmü deyil. Bəzi xalqlarda çoxarvadlılıq normal qəbul olunursa, bəziləri qəbul etmir. Bir daha deyirəm ki, dinimiz bunu mütləq təşviq etmir. Bəzi məsələlər var ki, din ona icazə verir. İcazə verməsi o anlama gəlməməlidir ki, insanları bu sahəyə istiqamətləndirməyə hesablanıb. Sadəcə, cəmiyyətdə müxtəlif düşüncəli insanlar və mədəniyyətlər var. Din də bunları nəzərə alır".

Hacı Şahin Həsənlinin sözlərinə görə, biri üçün məqbul olan, digəri üçün məqbul olmaya bilər.

"Ona görə də dinin icazə verdiyi məsələ hamıya tətbiq edilmir. Məsələn, namaz qılmaq, oruc tutmaq vacib buyrulursa, bütün xalqlara vacibdir. O baxımdan ki, burada vacib hökmü var. Yalan danışmaq, içki içmək, donuz əti yemək və sairə kimi günahlar var ki, hamı bunlardan çəkinməlidir. Eyni zamanda, bir sıra məsələlər var ki, nə vacibdir, nə də haram. Ona görə də dinimiz onlara icazə verir. Hökmən deyil ki, hamı bunu etməlidir".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024