Mobil versiya
Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib
Tarix: 16-02-2017 | Saat: 17:18
Bölmə:Gündəm | çapa göndər

Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib

Fevralın 16-da rayonun Heydər Əliyev Mərkəzində "Kürdəmir rayonunun 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi Rüfət Məmmədov, Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Millət Vəkili Rəfael Hüseynov , Millət Vəkili Müslüm Məmmədov, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədirləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar 2017-ci il tarixli iclasında görülmüş işləri ətraflı təhlil edilərək qeyd edib ki, 2016-cı ildə kənd təsərrüfatında görülmüş operativ tədbirlər nəticəsində inkişafin təmin edildiyini və kənd təsərrüfatının 2,6 faiz artdığını, keçən il gec əkilməsinə baxmayaraq pambıqçılıq sahəsində yaxşı nəticələrin əldə edildiyini, 51 min hektarda pambıq əkildiyini, 90 min tona yaxın pambıq tədarük edildiyini, bu il isə 120 min hektarda pambıq əkiləcəyini bildirdi. Keçən il baramaçılıqla bağlı çox ciddi addımların atıldığını, 2016-cı ildə görülmüş tədbirlər nəticəsində 70 tona yaxın barama tədarük edildiyini vurğuladı. Ötən il Azərbaycanda 100 min daimi iş yeri açılmışdır ki, bu da müsbət dinamikanın göstəricisidir. Sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin inkişaf etdirilməsi ilə yanaşı, cənab Prezident İlham Əliyev tərəfindən ordumuzun güclənməsi, ən müasir silahlarla təchiz olunmasından ötrü lazımi tədbirlərin görüldüyünü xüsusi vurğulayan Ceyhun Cəfərov ötən ilin aprel ayında erməni işğalçılarının törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsini, torpaqlarımızın bir hissəsinin işğaldan azad olunmasını məhz ölkə rəhbərliyinin suverenliyimizin qarantı olan ordu quruculuğuna göstərdiyi ardıcıl diqqətin parlaq nümayişi kimi dəyərləndirdi. Həmin döyüşlərdə əsgər və zabitlərimiz hərbi peşəkarlıq

göstərmişlər. Onlar arasında Kürdəmir şəhər sakini "Azərbaycan Bayrağı Ordenli” İsmayılov Əbubəkr Vüqar oğlu və Sığırlı kənd sakini "Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmiş Qurbanov Tural Gülşad oğlu da Şəhid olaraq qəhrəmanlıq göstərmişlər.

Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2016-cı ildə rayon üzrə ümumi daxili məhsul 331 milyon 991 min manat olmuşdur. Ümumi məhsul buraxılışının 68,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 21,4 fazi sənayedə, 9,0 faizi inşaat kompleksində, 37,9 faizi isə kənd təsərrüfatı sahəsində olmuşdur.Ümumi məhsul buraxılışının 31,0 faizi isə xidmət sahələrində, o cümlədən 30,3 faizi ticarət və ictimai iaşə, 1,2 faizi nəqliyyat, 0,2 faizi isə rabitə sahəsində əldə edilmişdir.Rayonunun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2016-cı ildə 1786 nəfər işlə təmin olunmuşdur ki, bundan 1706 nəfəri daimi işlə təmin olunanlardır.Cənab Prezidentimizin tapşırığına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2016-cı ildə 561 nəfər müvəqqəti işlə təmin olunmuşdur ki, bunlar əsasən rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən yaradılmış iş yerləridir. Bu işlər 2017-ci ildə də davam etdirilir. Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır.Respublika Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonda sahibkarlığın inkişafı üçün 2016-cı ildə rayonun 14 sahibkarına 196,2 min manat məbləğində kredit verilmiş və nəticədə 21 yeni iş yeri yaradılmışdır.2016-cı il ərzində əhaliyə 74,419 min manat pullu xidmət göstərilmişdir ki, bunun da 7,7 faizi dövlət, 92,3 faizi isə qeyri dövlət sektorunun payına düşür. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli ictimai yaşayış binalarının əsaslı təmiri məqsədi ilə Kürdəmir rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 milyon vəsait ayrılması barədə 18 sentyabr 2015-ci il tarixdə sərəncam imzalanmışdır.Bu sərəncama uyğun olaraq rayonun 21 çoxmənzilli ictimai yaşayış binalarında 2016-cı ilin yanvar ayının sonundan təmir

işlərinə başlanılmışdır. Əhalinin məşğulluğunun artırılması məqsədi ilə rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına şəhərin 7 ədəd 2 mərtəbəli ictimai yaşayış binalarında 4324 m2, dam örtüyü taxta şəbəkələri ilə birlikdə sinklənmiş metal vərəqələrlə yenidən işlənilmiş, 39 m2 metal qapı qoyulmuş, xarici divarlarında 2324 m2, pilləkən meydançalarında 799 m2 yeni suvaq qatı vurulmuş, emulsiya ilə rənglənmişdir. Pilləkən meydançalarına 182 m2 keramik plitə döşənmişdir. 2017-cü il üçün əlavə olaraq 10 ədəd 2 mərtəbəli ictimai yaşayış binalarında təmir işlərinin aparılması məqsədi ilə dövlət büdcəsindən 843 min manat vəsait ayrılmışdır.Rayonun daxili imkanları hesabına şəhərin Bakı prospektində 70 p/m məsafədə uçmuş qala divarı yenidən inşa edilmiş, dəmir-beton bünövrəsi tökülmüş, 160 m2 sahədə hörgü işləri tamamlanaraq ağlay və keramik üzlük materialı ilə üzlənmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi əsasında Kürdəmir rayonlararası 100 çarpayılıq Psixiatriya xəstəxanasının tikintisi başa çatdırılmışdır. Rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbinin tədris binasının birinci mərtəbəsinin və idman zalının 2,6 metr hündürlükdə hörgü hissələri tamamlanmış, dəmir-beton monolit tava, riger və kolonları tökülmüşdür.

Rayonun Bağman, Yeni Şıxımlı, Çöl Ərəb və Çərtəyəz kəndlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında modul tipli məktəblərin tikintisi planlaşdırılmış, hazırda layihə-smeta sənədləri hazırlanır. Rayonun Xırdapay kəndinin şəhərə bitişik ərazisində məcburi köçkünlərin mənzillə təmin olunması məqsədi ilə 17 ədəd dörd mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri hazırlanmış, ekspertizası üçün təsdiqə verilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2016-cı ili uğurla başa vurmuşdur. Rayonda taxılçılığın, pambıqçılığın, narçılığın, üzümçülüyün, baramaçılığın və maldarlığın inkişaf etdirilməsi, balıqçılıq göllərinin yaradılması, istixanaların tikilməsi, ümumilikdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi üçün dövlətimiz tərəfindən

onlara subsidiyalar verilir. Olkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğu nəzərə alınaraq bu sahənin ciddi inkişaf etdirilməsi qarşımıza mühüm vəzifə kimi qoyulmuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə 2016-cı ildə rayonumuzda bütün imkanlar təhlil olunaraq qısa müddətdə qərargah yaradılmış, şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur.Müqavilə bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 1911 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Məhsul yığımı dövründə 2000 nəfərə yaxın işçi qüvvəsi, 2 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 2111 tonadək pambıq tədarük edilərək zavoda təhvil verilmişdir. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 2000-dən çox işçi qüvvəsi cəlb edilmişdir. Lakin havaların yağmurlu keçməsi məhsulun tam şəkildə yığılıb təhvil verilməsində bəzi çətinliklər yaratmışdır. Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar Cənab Prezidentimizin tapşırığına uyğun olaraq 2017-ci ildə 4 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilmiş, pambıq əkini üçün əlverişli sahələr seçilmiş, pambıqçılarla tədarükçülər arasında müqavilələr bağlanması təşkil olunmuşdur. İndiyədək 4000 hektardan çox pambıq əkini üçün donduqma şumu qaldırılmış, hazırda arat işləri aparılır. Rayon ərazisində əkin dövriyyəsinə qatılması üçün 10 min 650 hektar əkinə yararlı münbit torpaq sahələri seçilmiş, həmin sahələrin suvarma suyu ilə təmin edilməsi üçün layihələr və smeta sənədləri hazırlanmış, bu torpaqların əkin kateqoriyasına keçirilməsi üçün aidiyyatı mərkəzi icra Hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır. Hazırda suvarma şəbəkələrinin tikintisi və təmiri üçün lazımi işlər görülür.Rayonumuzda 2016-cı ildə 3577,5 kq barama istehsal edilmişdir. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 46 min ədəd tut (çəkil) tingi əkilmişdir. 2017-ci ildə 12 tondan çox barama istehsalı üçün lazımi təşkilatı və təsərrüfat tədbirləri görülür. Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Dövlət Proqramına əsasən rayonda məhsuldar cins heyvanların artırılması məqsədi ilə lizinq yolu ilə alınmış 365 baş cins düyə artırılaraq 650 başa

çatdırılmışdır. Rayonda 1193 baş inək süni mayalandırılmış, 667 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Süni mayalanma yolu ilə buzovların hər birinə görə dövlət tərəfindən mal sahibinə 100 manat subsidiya verilir.Hazırda iri buynuzlu mal qaranın sayı 64,7 min başı, qoyun keçilərin sayı 135562 başı, quşların sayı isə 382291 başı ötmüşdür. 2016-cı ildə diri çəkidə 9868 ton ət, 42786 ton süd, 15553 min ədəd yumurta, 222 ton yun istehsal edilmişdir. Heyvandarlıq məhsullarının istehsalı müvafiq dövrə nisbətən xeyli artmış, ət istehsalı 100,1%, süd istehsalı 102,4%, yumurta istehsalı 100,1%, yun istehsalı 100,2% təmin olunmuşdur. Rayondakı "Kürdəmir Broyler” ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı artırılmış, 28 ton quş əti, 849000 ədəd yumurta istehsal olunmuşdur.Taxıl yığımı mütəşəkkil aparılmış, biçinə 140-dan çox kombayn cəlb edilmiş, 40.198 hektar sahənin taxılı optimal müddətdə minimum itkilərlə yığılmış, 103000 tonadək taxıl götürülmüşdür. Hər hektardan 25,6 sentner məhsul alınmışdır. 524 ton qarğıdalı dəni istehsal olunmuşdur. Rayonda 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Bu il 3000 tonadək yüksək reproduksiyalı toxum istehsal olunmuş və səpilmişdir.Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur.Üzümçülük məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılmış 2753 ton üzüm istehsal olunaraq təhvil verilmişdir.Görülmüş tədbirlər nəticəsində ötən il 14090 ton kartof, 22514 ton tərəvəz, 69602 ton bostan, 19,3 min ton meyvə, 59 ton yerfındığı məhsulu istehsal edilmişdir.Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, suvarma sistemlərinin təmiri və bərpası sahəsində xeyli işlər görülmüşdür. 2016-cı ildə 955 km kanal və 195 km dren şəbəkəsi lildən təmizlənmiş, 213 hidrotexniki qurğu, 17 nasos kompleksi, 5,4 km beton kanal əsaslı təmir olunmuşdur.Rayonun Carlı kəndində kəndin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 200 litr/saniyyə gücündə su nasos stansiyası tikilərək istifadəyə verilmişdir.Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.2016-cı tədris ilində məzunlardan 508 nəfəri ali məktəblərə qəbul olunmaq üçün Tələbə Qəbulu Dövlət Komisisyasına ərizə ilə müraciət etmiş, onlardan 172 nəfəri yüksək bal toplayaraq Respublikanın ali təhsil müəssisələrinə, 51

nəfəri orta ixtisas müəssisələrinə qəbul olunmuşlar ki, bu da ötən ilki göstəricidən çoxdur. Qəbul olunanlardan 37 nəfəri 500 baldan, 11 nəfəri isə 600 baldan çox nəticə göstərmişlər. Şəhər 2 saylı tam orta məktəbin məzunu Təbriz Qasımov 700 bal və Dəyirmanlı kənd tam orta məktəbinin məzunu Gilə Məmmədli 685 toplayaraq yüksək nəticə göstərmiş, Prezident təqaüdünə layiq görülmüşlər.

Məruzə ətrafında çıxış edən Maliyyə idarəsinin rəisi Ayaz Cəbrayılov, Kürdəmir Süd emalı zavodunun direktor əvəzi Namiq Kərimov, Pambıq istehsalçısı Şakir Teyyubov , Mollakənd Mexaniki Suvarma idarəsinin rəisi Valeh Qaraşov , Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elxan Qafarov 2016-cı ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı danışmışlar.

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi Rüfət Məmmədov, Milli Məclisin deputatı Rəfael Hüseynov çıxış etmişlər. Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hesabat yığıncağı iştirakçıları adından müraciəti oxundu. Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2017-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024