Mobil versiya
Sabah qaz olmayacaq - Xəbərdarlıq
Tarix: 22-09-2015 | Saat: 21:08
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Abşeron, Ağdaş, Qazax və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Aia.az SOCAR-ın saytına istinadən məlumat verir ki, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “5-ci siyirtmə”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Zaqatala”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Köçəsgər”, Astara magistral qaz kəmərləri sahəsinin “Saatlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Şıxlı, Qaymaqlı və Kəmərli, Xaçmaz rayonunun Xudat və Yalama, Samux rayonunun Qarayeri, həmçinin Ağstafa rayonunun Köçəsgər, Eynallı, Köhnə qışlaq, Tatlı, Yuxarı Göycəli və Aşağı Göycəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin, İmişli, Saatlı, Sabirabad və Zaqatala rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024