Mobil versiya
Rayonlara qar yağacağı gözlənilir
Tarix: 15-02-2017 | Saat: 10:07
Bölmə:Gündəm / Manşet | çapa göndər

Rayonlara qar yağacağı gözlənilir

Bu gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AİA.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 1°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 15-də Abşeron yarımadasında gün ərzində arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024