Mobil versiya
Stiven Siqal Bakıda Rafael Ağayevi axtarırmış
Tarix: 21-09-2015 | Saat: 21:37
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Məşqə getməli idim”.

Amerikalı məşhur aktyor və aykido ustası Stiven Siqal Azərbaycana səfəri çərçivəsində azərbaycanlı karate ustası Rafael Ağayevlə görüşüb.

Aia.az xəbər verir ki, ATV.az-a bu görüşdən öz təəssüratlarını bölüşən Rafael bunları söylədi:

“Mənə zəng edib dedilər ki, Stiven Siqal səni axtarır. Doğrusu, məşqə getməli idim. Buna görə də yığma komandamızın baş məşqçisi Rəhman Hətəmovdan icazə alıb gəldim görüşə. Etiraf edim, Stiven Siqalın belə olmağını gözləmirdim.

O mən gözlədiyimdən daha nəhəng və hündür idi. Onun mənimlə səmimi söhbəti xoşuma gəldi. Mənə bildirdi ki, çıxışlarımı çoxdan izləyir və döyüş üslubum onun xoşuna gəlir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024