Mobil versiya
"Samiraldo sizdən həm hörmətlidir, həm də qeyrətli, heç olmasa, kiminsə bacısına pozğun demir"
Tarix: 03-01-2017 | Saat: 17:26
Bölmə:Dünya | çapa göndər

"Samiraldo sizdən həm hörmətlidir, həm də qeyrətli, heç olmasa, kiminsə bacısına pozğun demir"







Xəbər verdiyimiz kimi, Yeni il günü Türkiyənin İstanbul şəhərində baş verən terror hadisəsində əslən azərbaycanlı, Rusiya vətəndaşı olan Nuranə Həsənova da dünyasını dəyişib.

Aia.Az big.az-a istinadən xəbər verir ki, Nuranə dünyasını dəyişəndən sonra onun ölüm xəbərinə gələn şərhlər hər kəsi hiddətləndirib. Prodüser Tarix Əliyev (Tolik) də məsələyə səssiz qalmayıb. Tolik dünyasını dəyişən qızı tanımadan təhqir edənləri tənqid edib:

"Hərdən sosial şəbəkədə namusdan, qeyrətdən, vicdandan, kişilikdən danışanları həyatda görmək istəyib onların üzünə baxmaq istəyirəm. Belələrinə virtual qəhrəmanlar deyirlər! Başqasının bacısına, anasına, qızına pozğun deyən ... deyirlər belələrinə! Qarabağı almağa desələr, hamınızı yığırıq desələr, yubka altında gizlənən insanlar hələ də Azərbaycanda az deyil. Allah bizim yaxşı oğlanların canını sağ eləsin! Qızı tanımadan ona pozğun ləkəsi yaxan biqeyrətlər isə, vallah, Samiraldo sizdən həm hörmətlidir, həm də qeyrətli, heç olmasa, kiminsə bacısına pozğun demir. Siz yalnız muğənniyə pozğun deyin, efirə çıxan hamı pozğundur, amma bəzilərinin evlərindən xəbərləri yoxdur ki, işə gedəndən sonra arvadları nə oyundan çıxırlar. Qeyrət bazarda satılmır ki, birinci özündə ola ki, sonra başqasının qeyrətini çəkməyə cəsarətin ola. Utanıram hərdən..."



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024