Mobil versiya
Ancelina Coli haqqında bilmədiyiniz - 13 fakt
Tarix: 31-08-2016 | Saat: 13:12
Bölmə:Dünya | çapa göndər



14 yaşında məktəbdən qovulan, 3 dəfə ərə gedən, 6 uşaq anası, xeyirxah Ancelina Coli...

Dünyanın ən məşhur aktrisalarından olan Ancelina Coli haqqında 13 faktı təqdim edir:


1. 1975-ci il 4 iyun tarixində anadan olan Ancelina özü istəməsə də, anasının təkidi ilə model kimi fəaliyyətə başlayıb.



2.İlk dəfə 1982-ci ildə, 7 yaşı olanda atasının da rol aldığı “Lookin' to Get Out” filmində karyerasına başlayır.


3. Ancelina 14 yaşında məktəbdən qovulur. O yaşlarında bir az çılğın olan Coli saçlarını bənövşəyi rəngə boyayır. Filmlərdə epizodik rollarda oynayan qızcığaz 2 il oğlan dostu ilə yaşadıqdan sonra həm məktəbinə qayıdır, həm də ayrı ev kirayələyir.


4.Ancelina Colinin unutmadığı 2 uşaqlıq sevgisi var. “Star Trek”in Spocku və “Psycho” filmi ilə əfsanələşən Anthony Perkins.


5.İlk dəfə 28 mart 1996-cı ildə Jonny Lee Miller ilə evlənir. Toyunda qara dəri şalvar və üstündə öz qanı ilə ərinin adı yazılmış ağ köynək geyinmişdi. Bu evlilik cəmi 3 il çəkir.



6.1999-cu ildə Billy Bob ilə tanış olur və 1 il sonra evlənir. Bu evlilik 2003-cü ildə sona çatır.


7.2001-ci ildə atası ilə arasında yaşanan mübahisədən dolayı Voight soyadının dəyişdirilməsi üçün ərizə verir və 2002-ci ildə soyadı dəyişir.


8.2005-ci ildə Bred Pitt və Jennifer Anistonun boşanmasında günahkar bilinib gündəmdə qalır.


9. 2006-cı il 11 oktyabra qədər Bred Pitt ilə aralarında olan sevgini yalanlayan Ancelinanın Bred Pittdən hamilə olduğu üzə çıxdı. 9 illik münasibətlərini 2014-cü il 23 avqust rəsmiləşdirdi. "Versace" markalı gəlinliyini uşaqlarının çəkdiyi rəsmlər bəzəmişdi.


10.2006-cı ildə qızının doğum şəklini 4.1 milyona dollar, əkizlərinin şəklini isə 11 milyon dollara satır.


11. Cütlüyün Maddox, Pax və Zahara olmaqla 3 övladlıq və Shiloh,Knox,Vivienne adlı 3 bioloji uşaqları var.


12.Ancelina qızı Shilohu Namibiyada dünyaya gətirdiyi üçün qızı Namibiyanın vətəndaşı sayılır.


13.Yardımsevərliyi ilə seçilən aktirisa dünyanın bir çox ölkələrində xeyirxahlıqla məşğul olur. 2015-ci ildə İraq və Suriyadan olan qaçqınlarla görüşmək üçün şəxsi təyarəsi ilə Mardinə getmişdi.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024