Mobil versiya
KİV: Rza Zərrabın villası satışa çıxarıldı
Tarix: 01-04-2016 | Saat: 15:25
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər

KİV: Rza Zərrabın villası satışa çıxarıldı
ABŞ-da həbs olunan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündeşin yaşadığı villanı satışa çıxardığı iddia edilir.

Aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda jurnalistlərin qarşısında gözlədiyi villanın tezliklə satılacağı və müğənnin ünvanı açıqlanmayan başqa evə köçəcəyi bildirilir.

E.Gündeşin evin satışa çıxarılması ilə bağlı bu yaxınlarda vəkillərinə etibarnamə verəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, ABŞ-da ailəvi tətildə ikən həyat yoldaşının saxlanılaraq haqqında 75 illik həbs tələb olunmasına görə çətin günlər yaşadığı bildirilən Ebru Gündeş hadisədən sonra qızı ilə birlikdə Türkiyəyə qayıdıb. Daha sonra isə “Rza istəyər ki, onun yanında olum”, – deyə açıqlama verərək Mayamiyə geri qayıdıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024