Mobil versiya
“Titanik”in son səhnəsi yanlış olub” – Video
Tarix: 04-02-2016 | Saat: 11:42
Bölmə:Dünya / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər



“Titanik” filminin uzun müddət müzakirə mövzusu olan son səhnəsi ilə bağlı maraqlı bir açıqlama da baş rolun ifaçısı Keyt Vinsletdən gəlib.

Aia.az xəbər verir ki, məşhur aparıcı Cimmi Kimmelin verilişində qonaq olan aktrisaya bu mövzuda sual veriləndə onun da filmin əksər izləyiciləri ilə eyni fikirdə olduğu üzə çıxıb:

“Məncə də filmin sonu fərqli ola bilərdi. Orada ikimizi də xilas edəcək qədər yer vardı”.

Xatırladaq ki, 11 dəfə Oskar mükafatı almış, yaddaşlara həkk olunan “Titanik” filminin sonunda Rouz rolunu canlandıran aktrisa aşiq olduğu Cek Dousonu (Leonardo Di Kaprio) buzlu suda qoyur. Rouz özünü xilas edən taxta qapıda Cekin də yerləşə biləcəyi qədər yer olmasına rəğmən, onu soyuq suda qoyaraq ölümünə səbəb olur.
[media=https://youtu.be/5TW4EMX584A]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024