Mobil versiya
Röya: "Qadının arxasında durmayan kişini sevə bilmirəm"
Tarix: 03-02-2016 | Saat: 15:08
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər

Əməkdar artist Röya Ayxan Türkiyənin maqazin jurnallarından birinə müsahibə verib.
Aia.az qafqazinfo-ya istinadən "25 sualda Röya" adlı müsahibəni təqdim edir:

1) Sizi bu günlərdə nə təəccübləndirir və nə təəccübləndirmir?

-Mən çox təəccüblənən deyiləm. Türkiyədəki diqqət məni sadəcə təccübləndirir.

2) Sizin üçün karyera, sevgi, yoxsa azadlıq daha önəmlidir?

- Hamısı bir-birinə aşiqdir, mən də onlara...

3) Kişilərdən bu günə kimi nə öyrəndiz?

-Bəzən kişilərdən daha çox kişi olduğumu öyrəndim.

4) Qadınların ən heyranedici özəlliyinin nə olduğunu düşünürsüz?

- Ağıllı olub axmaq görünən qadınlardan ötrü ürəyim gedir. Əsl ağıl budur, çünki görüntüdə ağıllı olmağı heç kəs sevmir.

5) Sevgi adına etdiyiniz ən çılğın hərəkət hansıdır?

- Mən etmədim. Əhəmiyyət verdiklərim arasında bu yoxdur.

6) Necə kişilərə dözə bilmirsiz?

- Çox danışan kişilərdən xoşum gəlmir. Qadının arxasında durmayan kişiləri sevə bilmirəm.

7) Kişi olsaydız, kim kimi olmaq istərdiniz?

-Çox çətin sualdır. Qəhrəman, lider olan şəxslərdən biri olmaq istərdim. Heydər Əliyev və Atatürk kimi...

8) Sabah ritualınız necədir?

-Səhər yuxudan oyananda 10 dəqiqə əsəbi oluram. Daha sonra qəhvə içirəm, özümə gəlirəm.

9) Örnək aldığınız adlar var?

- Uitni Hyuston...

10) "İçimdə bu duyğu da varmış" dediyiniz olub?

- Axır vaxtlar həssas olmağa başlamışam. Əvvəl belə deyildim.

11) Qəlbinizi ən sürətli nə və kim döydürüb?

-Oğlum və mahnılarım...

12) Birdən çox sevgi hissi yaşadız?

-Yaşadım, yaşayıram, yaşayacam da...

13) Şans gətirən bir əşyanız var?

-Əşyalarım xüsusi məna daşımır. Ancaq son vaxtlar oğlumun əli ilə hazırladığı əşyalara önəm verirəm.

14) Sevgidən sonra peşmanlıq hissi olub?

-Hamısının hökmü və gərəyi var. Peşman olmaq yerinə dərs almaq lazımdır.

15) Nədən qorxursuz?

-Tək qalmaqdan...

16) Bir stil tövsiyə edə bilərsiz?

-Dəyişiklikdən xoşum gəlir. Qadınlara tövsiyəm odur ki, geyinməyi bacarmadıqları hündürdabanlı ayaqqabılardan istifadə etməsinlər.

17) Bir qadının qarderobuna gizli girsəydiz, kimi seçərdiz?

-Cenifer Lopez.

18) Axır vaxtlar başınız nə ilə məşğuldur?

-Türkiyədə gördüyüm sevgi və diqqət məni həyəcanlandırır.

19) Dünyanı idarə etməli olsaydınız, ilk nəyi dəyişərdiniz?

- Hər işin başına qadınları qoyardım.

20) Yaxşı, bir kişinin yataq otağına gizli baxsaydız, kimi seçərdiz?

-Belə bir şey düşünməmişəm.

21) Digər xanımlardan fərqiniz nədir?

-Dedi-qodu sevmirəm, saatlarla oturub onun-bunun qeybətini etmərəm.

22) Həyatınızın ən gözəl dövrü hansıdır?

- 16 yaşımda bir bəstəkarın yanına getdiyim gündür. O an həyatımın dəyişəcəyini hiss etmişdim.

23) Heç şöhrət kartınızdan istifadə etmisiz?

- Heç vaxt, etmək də istəmərəm.

24) İnsanlar haqqında səhv bildiyiniz bir şey var?

- İnsanlar məni düşüncəsiz bilirlər. Ancaq mən çox detallı düşünən biriyəm və özümü başqalarının yerinə qoya bilirəm. Axşamlar əyləncə məkanlarına getmərəm. Amma hamı mənim hər gün belə məkanlarda olduğumu düşünür. Həyatımı qapalı yaşamağı sevirəm.

25) İndi göy üzünə baxıb nə diləyərdiz?

- Bütün dünyada barış istəyirəm...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024