Mobil versiya
Putinin saniyədə 500 kilometr sürətlə uçan raketi ABŞ-ı təşvişə saldı
Tarix: 29-12-2018 | Saat: 14:17
Bölmə:Dünya | çapa göndər

Putinin saniyədə 500 kilometr sürətlə uçan raketi ABŞ-ı təşvişə saldı


Rusiyada bu günlərdə prezident Vladimir Putinin iştirakı ilə hipersəs sürətli, nüvə yanacağı ilə işləyən mühərriklə təchiz edilmiş “Avanqard” qanadlı döyüş blokunun uğurla sınaqdan keçirilməsi ABŞ hərbi dairələrində təşvişə, habelə əsəbi reaksiyalara səbəb olub. Virtualaz.org xəbər verir ki, bu haqda Almaniyanın “Die Welt” qəzeti yazır.



Bu təşvişin səbəbi odur ki, ABŞ belə silahla endirilən zərbənin qarşısını almaq üçün heç bir imkanlara malik deyil. Ona görə də Pentaqon bir tərəfdən balansı bərpa etmək üçün hipersəs sürətli, trayektoriya boyu manevr edən qanadlı döyüş bloku əldə etmək, digər tərəfdən Rusiyanın belə raketlərinə qarşı müqavimət göstərə bilən raketdən müdafiə sistemi yaratmaq üçün hərəkət etmək məcburiyyətindədir.

ABŞ hərbçiləri artıq bu məqsədlə “Glide Breaker Program” adlı proqram işə salıblar və müdafiə sənaye müəssisələri üçün təcili tender elan ediblər.

“Onlar ideya gözləyirlər ki, hipersəs sürətli qanadlı döyüş blokuna qarşı raketdən müdafiə sistemi necə olmalıdır. Bu raketi atmosferin yuxarı qatlarında “tutmaq” yeganə mümkün yol ola bilər”-məqalədə deyilir.



Amerika hərbçiləri qeyd edirlər ki, başlıca problem “Avanqard” raketinin olduqca yüksək sürətlə uçması və manevr qabiliyyəti deyil, onu aşkarlamağın qeyri-mümkün olmasıdır. Raketin uçuş trayektoriyasını hesablamaq mümkün deyil, üstəlik Amerika radarlrının imkanları da buna yetmir.



Xatırladaq ki, dekabrın 26-da keçirilmiş sınaqlar zamanı “Avanqard” raketi Orenburq vilayətindəki poliqondan buraxılıb və 6500 kilometrə qədər məsafə qət edərək Kamçatka vilayətindəki Kura poliqonunda hədəfi vurub. Raket bu məsafəni təxminən yarım saata qət edib, onun uçuş sürəti 27 MAX (30 min km/saat-dan çox) olub. Bu isə o deməkdir ki, raket saniyədə 500 kilometrdən çox məsafə qət edib.

Rusiya prezidenti Vladimir Putin həmin raketin mövcudluğu haqda 2018-ci ilin martında elan etmişdi. Lakin o zaman bir çoxları, o cümlədən Qərbdə belə raketin sadəcə kağız üzərində mövcud ola biləcəyini deyirdilər. Hesab edirdilər ki, həmin sürətlə uçan, kiçik nüvə reaktoru ilə təchiz edilmiş raket hazırlamaq sadəcə olaraq mümkün deyil.



İndi isə Putin Qərbi fakt qarşısında qoyub və sübut edib ki, Rusiyanın belə raketi var. Üstəlik Putinin martda elan etdiyi supersilahlardan daha birinin-“Poseidon” adı verilmiş sualtı raketin, yaxud nüvə mühərriki ilə təchiz edilmiş torpedonun sınaqlarına da hazırlıq gedir. Bu torpedo qeyri-məhdud məsafəyə, olduqca böyük sürətlə hərəkət edə və nüvə başlığı daşıya bilir. Artıq onu “qiyamət silahı” adlandırıblar. Həmin torpedo ABŞ-ın Atlantik sahillərində partlasa hündürlüyü 100 metrə çatan sunami yaranar və bir çox iri şəhərləri su basar. Silah düşmənin iqtisadi infrastrukturunu və əhali potensialını məhv etmək üçün nəzərdə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024