Mobil versiya
Türkiyəyə səfər edən İsrail turistlərinin sayı artıb
Tarix: 05-09-2018 | Saat: 14:43
Bölmə:Dünya | çapa göndər

Türkiyəyə səfər edən İsrail turistlərinin sayı artıb


2018-ci ilin iyulunda Türkiyəyə 54 993 İsrail turisti səfər edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 7,88 faiz çoxdur.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

İyul ayında Türkiyəyə gələn xarici turistlər arasında israilli turistlərin payı 0,97 faiz təşkil edib.

Nazirlikdən onu da bildiriblər ki, 2018-ci ilin ilk yeddi ayı ərzində ölkəyə 226 672 İsrail turisti səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,47 faiz çoxdur.

Qeyd edək ki, 2018-ci ilin iyul ayında Türkiyəyə 5 671 801 turist səfər edib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 11,74 faiz çoxdur.

Bu turistlərdən 761 278 nəfəri Almaniyadan, 354 851 nəfəri Böyük Britaniyadan, 218 685 nəfəri Niderlanddan və 199 864 nəfəri Ukraynadan olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024