Mobil versiya
Sarkisyan Qarabağ həllindən danışdı: “Onda mən tabutda çevrilərəm”
Tarix: 20-04-2018 | Saat: 11:25
Bölmə:Dünya | çapa göndər

Sarkisyan Qarabağ həllindən danışdı: “Onda mən tabutda çevrilərəm”


“Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gələcək nəsillərə qalsın”.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Serj Sarkisyan “Şant” televiziyasına müsahibəsində bildirib. O, qeyd edib ki, münaqişənin nizamlanması ilə bağlı danışıqlar davam etdirilməlidir:
“Bizim Qarabağla bağlı mövqeyimiz dəyişməyib. Ermənistanda Dağlıq Qarabağı Azərbaycana verməyə razı olacaq insanlar ola bilər? Bu, mənim üçün aydın deyil. Əgər gələcək nəsillər haqqında danışırsınızsa, onda mən tabutda çevrilə bilərəm”.

S.Sarkisyan bildirib ki, problemin həlli üçün yalnız Ermənistan tərəfi güzəştə getməməlidir: “Bu yol sülhə aparmır. Sülhə aparan yol razılaşmadan keçir. Bunun üçün isə iki tərəfin də fikri olmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024