Mobil versiya
Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür
Tarix: 19-07-2017 | Saat: 13:45
Bölmə:Dünya / Karusel | çapa göndər

Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür







ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlova "Gelandewagen" markalı bahalı avtomobili ilə görüntülənib.

Aia.Az axşam.az-a istinadən bildirir ki, aparıcı ağ rəngli son model maşında müğənni Natavan Həbibinin toy məclisinə yollanıb.

İ.Bədəlova bu avtomobilini artıq bir müddətdir idarə edir. "Gelandewagen"in orta qiyməti 100-150 min manat arasında dəyişir. Daha bir diqqətçəkən və ən önəmli məqam isə ondan ibarətdir ki, aparıcı avtomobilini "AA" seriyalı dövlət nömrə nişanı ilə sürür. Maşının üzərindəki nömrə 90-AA-518-dir.

Qeyd edək ki, qanunla "AA" seriyaları yalnız dövlət qulluqçularının xidməti maşınlarına, bəzi hallarda isə hüquqi şəxslərə verilir. Xanım aparıcının bu nömrə nişanını hansı yolla əldə etməsi isə ortaya suallar çıxarır.

Həmçinin qeyd edək ki, İ.Bədəlova ATV-də "Həkimsən" verilişinə aparıcılıq edir. Veriliş həftəiçi hər gün canlı yayımlanır. O, bu maşını ilə bir neçə fotosunu sosial şəbəkədə paylaşıb. Buna baxmayaraq, nömrə düşən hissəni qara rənglə işarələyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024